نیگار خیاوی

حیاتی:
گونئی آذربایجان مودئرن شعر تمثیل‌ چیلریندن بیری اولا‌راق نیگار خییاوی آدییلا تانینان طییبه پوراکبر خییاوی، گونش ایلی 10 آذر 1339 (1960)`دا گونوموزده “مئشگین شهر” آدلانان “خیوو” شهرینده اورتا حاللی و بئش باجی- قارداشدان اولوشان بیر عایله‌ ده دونیایا گؤز آچدی.
رحمت ‌لیک آتاسی “مؤحسون” فرمانداری کارمندی ایدی. آناسی نجیبه ایسه ائو خانیمی‌ دیر. او ایلک، اورتا و لیسه یی مئشگین ین رازی، شرف، پروین اعتصامی و رستاخیز اوخول‌لاریندا اوخودو. 1984`ده تئهرانین تربیت تئکنئسیین اینستوتوندا میکروبیولوژی بؤلومونو قازاندی، آما بیر سیرا ندنلر اوزوندن تحصیلینی یاریمچیق بوراخدی. بو آرادا بیر سوره رادیولوژی تئکنئسینی وظیفه‌ سینده چالیشدی. 1997`ده لاهیجان شهری ‌نین آزاد اونیوئرسیته ‌سینده اینگیلیز دیلی موترجیم ‌لییی بؤلومونه گیردی. یئنه بونو دا یاریمچیق بوراخدی. 1998`ده تبریز آزاد اونیوئرسیته سی سوسیال بیلیم‌ لر بؤلومونو قازاندی و 2002`ده بو بؤلومدن لیسانس دیپلوماسی آلدی. 2006`دا قوزئی آذربایجانین خزر اونیوئرسیته سینده هومانیتار و سوسیال علم ‌لر فاکولته‌ سی آذربایجان دیلی (تورکجه‌سی) و ادبیاتی اوزره یوکسک لیسانس درسلرینی کئچیردی و 2008`ده “حبیب ساهیرین حیاتی و اثرلری اوزرینه آراشدیرما” آدلی تئزینی پروفسور دؤکتور هاملئت عیسی خانلی نین علمی رهبرلییی ایله مدافعه ائتدی. ایندی ایسه عینی بؤلومده دوکتورا اوخوماغا حاضرلانیر.
ن. خییاوی، شعر ایله بیرلیکده حکایه یازارلیغی و فارسجا‌دان آذربایجان تورکجه‌ سینه چئویردییی ترجومه ‌لری ایله ده تانینماقدا‌دیر. اونون ایندییه دک ایران ایچینده و ایران‌ دان ائشیکده چئشیتلی ژورنال، درگی و سیته ‌لرده بیر چوخ مقاله ‌لری یاییملانمیش‌دیر. یازدیغی حکایه‌ لرینی یاخین گله‌ جکده نشر ائتمه یی دوشونور.
نیگار خانیم 1386دا، سونای آذربایجان حکایه فئستیوا‌لی، 1387ده قیزیل آلما شعر فئستیوا‌لی ژوری هئیتی ‌نین عضولریندن اولموشدور. 2007`ده ایستوکهولمدا دونیا قادین‌لار گونو موناسیبتیله کئچیریلن کونفرانسا قاتیلمیش دیر.
نیگار خانیم 2006- جی ایلدن آذربایجان یازیچی‌لار بیرلییی نین عضوودور. ایندی‌لیکده تبریزده یاشاییر. چالیشماییر. ائولی و ائلدار ایله آرش آدیندا ایکی اوغول آناسی‌ دیر.
.
.
اثرلری:
منیم شعریم (شعر توپلوسو، 1995-تئهران / اندیشه نو نشریاتی)
کؤلگه‌ ده کی سس (شعر توپلوسو، 1996-تئهران / اندیشه نو نشریاتی)
بیل عزا‌لی‌لاری (چئویری، 2003-تبریز / اختر نشریاتی)
توپ (چئویری، 2003- / تبریز)
شهرین جیریغیندا نیگار (شعر توپلوسو، 2005- / تبریز)
الیمده اللی بارماق (شعر توپلوسو، 2007-یاشماق سیرا کیتاب‌لاری / تبریز)
.
..
بایقوشداکی یازیلارینی بوردان اوخویون:
ناغیل
..
شعر
.
دانیشیق:
.
باشقا یازیلاری
.
Nigar XİYAVİ

Güney Azərbaycan modern şer təmsilçilərindən biri olaraq Nigar XİYAVİ adıyla tanınan Təyyibə PUR ƏKBƏR XİYAVİ, günəş ili 10 Azər 1339 (1960)`da günümüzdə “Meşkinşəhr” adlanan “Xiyov” şəhərində orta hallı və beş bacı-qardaşdan oluşan bir ailədə dünyaya göz açdı.
Rəhmətlik Atası “Möhsün” fərmandari karməndi idi. Anası Nəcibə isə ev xanımıdır.
O ilk, orta və liseyi Meşkinin Razi, Şərəf, Pərvin E`tesami və Rəstaxiz oxullarında oxudu. 1984`də Tehranın Tərbiyət-i Teknesiyən Instut`unda Mikrobiyoloji bölümünü qazandı, ama bir sıra nədənlər üzündən təhsilini yarımçıq buraxdı. Bu arada bir sürə Radyoloji Teknesyəni vəzifəsində çalışdı. 1997`də Lahican şəhərinin azad Üniversitəsində İngiliz Dili Mütərcimliyi bölümünə girdi. yenə bunu da yarımçıq buraxdı. 1998`də Təbriz Azad Üniversitesi Sosyal Bilimlər bölümünü qazandı və 2002`də bu bölümdə lisans diploması aldı. 2006`da Quzey Azərbaycanın XƏZƏR üniversitesində Humanitar və sosial elmlər fakültəsi Azərbaycan dili (Türkcəsi) və ədəbiyyatı üzrə magistratura dərslərini keçirdi və 2008`də “Həbib Sahirin Həyatı və Əsərləri Üzərinə Araşdırma” adlı tezini Prof. Dr. Hamlet İsaxanlının elmi rəhbərliyi ilə müdafiə etdi. İndi isə eyni bölümdə doktora oxumağa hazırlanır.
N. Xiyavi, şer ilə birlikdə hikayə yazarlığı və Farscadan Azərbaycan Türkcəsinə çevirdiyi tərcümələri ilə də tanınmaqdadır. Onun indiyə dək İran içində və İrandan eşikdə çeşitli jurnal, dərgi və sitələrdə bir çox məqalələri yayımlanmışdır. Yazdığı hikayələrini yaxın gələcəkdə nəşr etməyi düşünür.
Nigar xanım 1386da, SONAY Azərbaycan Hekayə Festivalı, 1387də QIZIL ALMA Şeir Festivalı juri heyətinin uzvlərindən olmuş. 2007`də İstokhomda Dünya Qadınlar Günü munasibətilə geçirilən konfransda iştirak etmişdir. Bugünə dək yayımlanmış əsərləri:
“Mənim Şerim” (Şer toplusu, 1995-Tehran / Əndişe-yi No Nəşriyyatı)
“Kölgədəki səs” (Şer toplusu, 1996-Tehran / Əndişe-yi No Nəşriyyatı)
“Bəyəl Əzalıları” (Çeviri, 2003-Təbriz / Əxtər Nəşriyyatı)
“Top” (Çeviri, 2003- / Təbriz
“Şəhərin Cırığında Nigar” (Şer toplusu, 2005- / Təbriz)
“Əlimdə Əlli Barmaq” (Şer toplusu, 2007-Yaşmaq sıra kitabları / Təbriz)
Nigar Xanım 2006-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. indilikdə Təbriz`də yaşayır. Çalışmayır. Evli və Eldar ilə Arəş adında iki oğul anasıdır.
.
Share